Aİ ABŞ-ın ÜST-dən çıxmaq qərarından narahatdır

16:06 - 21 Yanvar 2025 - DÜNYA

Avropa İttifaqı ABŞ-ın yeni administrasiyasının Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarından narahatdır və Donald Trampın Avropanın narahatlığını nəzərə alacağına və fikrini dəyişəcəyinə ümid edir.

Ucnoqta.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Eva Hrnçinrova deyib.

“AB ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq qərarından narahatdır. Ümid edirik ki, bu qərar hələ də nəzərdən keçirilir və Tramp yekun qərar verməzdən əvvəl bu narahatlıqları nəzərə alacaq” - o, qeyd edib.

Avropa Komissiyası həmçinin ÜST-yə üzv olan bütün dövlətləri ABŞ-ın təşkilatdan çıxması nəticəsində büdcə kəsirlərinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Xəbər xətti