Misir prezidenti Əbdülfəttah əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Misir prezidentinin rəsmi nümayəndəsi Məhəmməd əl-Şinavi öz Facebook səhifəsində yazıb.
“Danışıqlar zamanı tərəflər Misir və Rusiya Federasiyası arasında əlaqələrin möhkəmləndirilməsi yollarını, xüsusən Süveyş kanalı sahillərində Rusiya sənaye zonası layihəsini, həmçinin Əl-Dəbaa AES-in tikintisini müzakirə ediblər”, - deyə yazıb.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki vəziyyəti də müzakirə edib və bir sıra mövzulara, o cümlədən Qəzza zolağında atəşkəs razılaşmasına, Livan və Suriyadakı mövcud vəziyyətə toxunublar.