Tətil günlərində uşaqları qapalı ərazilərdən uzaq tutun

07:19 - 21 Yanvar 2025 - Cəmiyyət

“Uşaqların tətil dövrü infeksiyanın azaldılması baxımından bir üstünlükdür, ancaq ailələr qapalı oyun meydançalarına böyük maraq göstərdikdə vəziyyət bir dezavantaja çevrilir. Hazırda qapalı oyun meydançaları risklidir”.

Ucnoqta.az xəbər verir ki, soyuq havalarda xəstəliklərin artdığına diqqət çəkən dr. Nazlı Karakullukçu Çebi deyib.
Çebi qeyd edir ki, qış mövsümü bütün valideynlər və uşaqları üçün kabusdur, bir çoxumuz dərs ilində xəstəxanalara getdik.

Bayram dövrü infeksiyanın azaldılması üçün əlverişli dövrdür, lakin ailələr alış-veriş mərkəzlərindəki qapalı oyun meydançalarına böyük maraq göstərəndə daha pis vəziyyətlə qarşılaşırıq. Tətil zamanı ən yaxşısı qapalı oyun meydançalarından uzaq durmaqdır. Açıq yerlərdə təbiət gəzintiləri daha sağlamdır. Biz də uşaqlarımıza əl yuma vərdişi qazandırmalıyıq. Ən əsası düzgün əl yuma öyrətməliyik. Əlləri yumaq vərdişi biz böyüklərdə bir çox xəstəliklərin qarşısını alır və bizi mikroblardan uzaqlaşdırır.

“Məktəbə getsə də, getməsə də, hər yaşda olan uşaqlarımız əllərini tez-tez yumalıdırlar.
Peyvənd xəstəliyin tezliyini və şiddətini azaldır. Burada övladımızın yaşı da önəmlidir. Əgər uşaq 9 yaşından kiçikdirsə və ilk dəfə peyvənd olunacaqsa, 1 ay ara ilə 2 doza tətbiq edilməlidir. 3 yaşa qədər uşaqlara peyvəndin yarım dozası vurulur.

Uşaqların nizamlı, balanslı, təbii və mövsümi qidalanmalarının onların immun sistemi üçün çox əhəmiyyətli olduğu lazımdır. Mövsümi olaraq tərəvəz və meyvələr istehlak etsək, hormonlu qidalardan uzaq olarıq. 

Xəbər xətti