Azərbaycanda quşların sayı artıb

14:02 - 22 Yanvar 2025 - ÖLKƏ İÇİ

2025-ci il yanvarın 1-nə olan statistikaya görə, ölkə üzrə heyvandarlıq təsərrüfatlarında 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın ümumi sayının 49,7 faizi inək və camışlardan ibarətdir.

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalma göstərib. Xüsusilə, inək və camışların sayı keçən ilki 1235,1 min başdan bu il 1223,1 min başa düşüb. Eyni zamanda, qoyun və keçilərin sayı da azalaraq 7060,6 min başdan 6850,2 min başa enib. Donuzların sayı isə ötən ilki 4828 başdan 3103 başa qədər azalıb.

Quşçuluq təsərrüfatlarında isə əks tendensiya müşahidə olunub. 2024-cü ildə broyler müəssisələri də daxil olmaqla ölkədə 11 647,5 min baş quş mövcud idisə, bu rəqəm 2025-ci ilin əvvəlinə 12 485,4 min başa çatıb.

Xəbər xətti