ABŞ-ın cənubunu bürüyən qar fırtınası nəticəsində ən azı 10 nəfər ölüb. Magistral yollar bağlanıb, hava limanı ləğv edilib, məktəblər və idarələr bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, Luiziana, Alabama və Florida ştatlarında rekord miqdarda qar yağır.
Milli Meteoroloji Xidmət həmçinin ölkənin cənubunda temperaturun kəskin aşağı düşəcəyi barədə xəbərdarlıq edib.