Amerikalı və Çinli alimlərin son araşdırmalarına görə, beynin qocalmasına səbəb olan qidalar məlum olub.
Qidalanmanın beyin sağlamlığına təsiri ilə bağlı çoxlu elmi araşdırmalar var. Mütəxəssislər müəyyən qidaların müntəzəm istehlakının beynin sürətlə qocalmasına, demans kimi ciddi nevroloji xəstəliklərin riskini artıra biləcəyini bildirir. Koqnitiv sağlamlığı təhdid edən 4 qidanı təqdim edirik:
Əvvəlki araşdırmalar göstərmişdi ki, qida çatışmazlığı beyindəki hüceyrələrin sayını və sinir hüceyrələrinin inkişafını maneə törətməklə qalıcı zərər verə bilər.
Ucnoqta.az xəbər verir ki, bununla belə, ABŞ və Çin alimlərinin son araşdırmalarına görə, bəzi qidalar demensiyanın inkişaf ehtimalını artıra bilər.
Karbohidratlar
Yüksək protein və aşağı karbohidratlı pəhrizlər orqanların daha tez yaşlanmasına səbəb ola bilər. Tərkibində doymuş yağ və sadə karbohidratlar olan qidaların istehlakı da öyrənmə qabiliyyətinə mənfi təsir göstərir.
Duz
Həddindən artıq natrium qəbulu qan təzyiqini artıraraq insult, ürək xəstəliklərinə və yaşa bağlı digər xroniki xəstəliklərə səbəb ola bilər. Yüksək natriumlu pəhrizlərin koqnitiv pozulma riskini 330 faiz artıra biləcəyi ifadə edilir.
Tam yağlı süd
Araşdırmalar göstərib ki, tam yağlı süd prostat xərçəngi və Parkinson xəstəliyi riskini artıra bilər. Mütəxəssislər deyirlər ki, tam yağlı süd yaşlılarda koqnitiv zəifləməni və bioloji qocalmanı sürətləndirə bilər.
Acılı qidalar
15 il ərzində bir qrup yaşlı Çinli yetkinləri təqib edən tədqiqatçılar, hər gün 50 qramdan çox (təxminən dörddə bir fincan) acı bibər istehlak edən şəxslərin daha az ədviyyatlı yemək yeyənlərə nisbətən daha aşağı bilişsel skorlara sahib olduğunu aşkar ediblər.
Alimlər işlənmiş ədviyyatlar əvəzinə təzə ədviyyatlar qəbul etməyi məsləhət görürlər.