Türkiyəyə uçan iki qadının boynunda 19 milyonluq qızıl zəncirlər aşkarlandı

13:43 - 22 Yanvar 2025 - Xəbər

 Rusiya Federasiyası Federal Gömrük Xidmətinin əməkdaşları Qroznı hava limanında Türkiyəyə uçan iki sərnişinin boynunda 19 milyon rubl dəyərində kiloqramlıq qızıl zəncirlər aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

"Çeçenistan gömrük postunun əməkdaşları Türkiyəyə uçan iki qadın sərnişinin üzərindən 19 milyon rubl dəyərində iri qızıl zəncirlər tapıblar. Qadınlar kiloqramlıq əşyaları boyunlarına taxaraq paltarlarının altında gizlədiblər", - məlumatda deyilir.

Qeyd olunur ki, gömrükçülər cinayətkarları yaşıl dəhlizdə saxlayaraq əl metal detektorundan istifadə etməklə qaçaqmalnı aşkar ediblər.
Lakin qadınlar izah ediblər ki, bunlar onların şəxsi bəzəkləridir və onların hərəkət qaydalarından xəbərləri yoxdur.

“Malların xarici görünüşünə əsasən müəyyən edilib ki, zəncirlər zinət əşyaları deyil, yenidən əridilmiş qızıldır. Mallar götürülüb. Ekspertiza müəyyən edib ki, zəncirlərin 99,5%-i 999 karatlıq qızıldan hazırlanıb”, - mətbuat xidmətinin məlumatında deyilir.


Xəbər xətti