Avropa Regionunda yaxın həftələrdə qripə görə xəstəxanaya yerləşdirilmələrin sayının artması gözlənilir.
Ucnoqta.az-ın məlumatına görə, bu proqnozu əhalinin həssas qruplarının, o cümlədən yaşlıların və hamilə qadınların müdafiəsinə ciddi diqqət yetirməyə çağıran Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) verib.
ÜST izah edib ki, qrip virusunun fəaliyyəti adətən testlər əsasında qiymətləndirilir. Xəstəliyin mövcudluğunu təsdiqləyən testlərin 50-60% zirvəsi adətən yanvar və ya fevralın sonunda baş verir.
"Ölkələr arasında bəzi fərqlər ola bilsə də, tənəffüs yoluxucu xəstəliklər üçün yoxlanılan və qripə görə müsbət nəticə verən insanların hazırkı faizi 36% təşkil edir. Bu, mövsümün hələ pik nöqtəsinə çatmadığını və xəstəxanaya yerləşdirmələrin yaxın həftələrdə artmağa davam edəcəyini göstərir" - açıqlamada deyilir.