Britaniya Rusiya gəmisini izləmək üçün gəmilərini göndərdi

00:06 - 23 Yanvar 2025 - DÜNYA

Böyük Britaniya Müdafiə Nazirliyi La-Manş boğazında Rusiyanın “Yantar” okeanoqrafik gəmisini izləmək üçün iki gəmi göndərib.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə departamentin rəhbəri Con Hili parlamentin iclasında məlumat verib.

O, Rusiya gəmisini izləmək üçün HMS Somerset freqatı və HMS Tyne dəniz patrul gəmisinin göndərildiyini qeyd edib.
Müdafiə Nazirliyinin rəhbəri iddia edir ki, "Yantar" ikinci dəfədir ki, Britaniya sularına daxil olur. Daha sonra gəmini izləmək üçün sualtı qayıq göndərilib.

Nazir əlavə edib ki, eyni zamanda gəmi beynəlxalq naviqasiya qaydalarını pozmayıb.

Xəbər xətti