UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Rumıniyanın FCSB komandasını qəbul edib.
Ucnoqta.az xəbər verir ki, UEFA Avropa Liqasında keçirdiyi oyunlarda zəif oyun sərgiləyən Ağdam klubu doğma meydanda məğlub olub. "Köhlən atlar" çoxsaylı azarkeşləri qarşısında rəqibə 2:3 hesabı ilə məğlub olub.
Matçı slovakiyalı baş hakim Filip Qlova idarə edirdi.
Bununla da, "Qarabağ" pley-off şanslarını itirdi.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya) - 2:3
Qollar: Leandro Andrade, 1 (1:0), Şut, 7 (1:1), Nqezana, 41 - avtoqol (2:1), Mikulesku, 45+4 (2:2), Şut, 73 (2:3)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)