Fələstin HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını cümə günü İsrailə təhvil verəcək.
Ucnoqta.az xəbər verir ki, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri Zaher Cabarin də təsdiqləyib.
Hərəkatın İordan çayının qərb sahilindəki hücrəsinin rəhbəri də təsdiqləyib ki, mübadilə özü siyahılar təhvil verildikdən bir gün sonra - yanvarın 25-də baş tutacaq.