Yava adasında baş verən sürüşmə nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Mərkəzi Yava əyalətinin Pekalonqan bölgəsində təbii fəlakət çərşənbə axşamı güclü yağışlar nəticəsində başlayıb.
Davam edən güclü yağış və duman səbəbindən xilasedicilər axtarış işlərini dayandırmağa məcbur olublar.
Agentlik daha əvvəl 16 nəfərin öldüyünü bildirmişdi.