Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı - həbs olundu

14:06 - 24 Yanvar 2025 - ÖLKƏ İÇİ

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır.

Ucnoqta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Aqroservis ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb.

Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib.

Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib.

Aqroservis ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub.

Qeyd edək ki, hazırda Aqroservis ASC-nin sədri Mehman Veysəlovdur.


Xəbər xətti