Ulduz futbolçular azərbaycanlı iş adamını BELƏ TƏBRİK ETDİLƏR - VİDEO

21:30 - 25 Yanvar 2025 - Xəbər

Ulduz futbolçular azərbaycanlı iş adamı Adnan Əhmədzadəni ad günü münasibəti ilə təbrik ediblər.

Ucnoqta.az xəbər verir ki, ad günü təbriklərini iş adamı sosial şəbəkə hesabında paylaşıb. Belə ki, Adnan Əhmədzadəni "Barselona" prezidenti Xuan Laporta, ulduz futbolçular Lionel Messi, Kilian Mbpappe, Junior Vinisius, Ronaldinyo, Andres İnyesta, Lamin Yamal, Lusi Alberto Suares və digər tanınmış futbolçular videogrüntü vasitəsi ilə təbrik ediblər.  

Qeyd edək ki, Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub. O, 1998-2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb. 2005-2006-cı illərdə "Azərtrans" MMC-nin baş direktoru, 2006-2019-cu illərdə isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

A.Əhmədzadə 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.

2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir. 2023-cü ildən isə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.

Ailəlidir, dörd övladı var.

 

Xəbər xətti