25 gün öncə yanan qadın xəstəxanada öldü

09:16 - 25 Yanvar 2025 - ÖLKƏ İÇİ

25 gün öncə yanan 63 yaşlı qadın bu gün xəstəxanada ölüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə 31 dekabr tarixində Sumqayıtın Kotec qəsəbəsində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Sahibə Hüseyn qızı Hüseynova evdə manqal qalayarkən ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal xəstəxanaya çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti