Ödəmə terminalından 10 min manat oğurlanıb

12:39 - 27 Yanvar 2025 - ÖLKƏ İÇİ

Ağcabədidə ödəmə terminalından oğurluq edilib.

Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub. Keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb. Onun yaşadığı ünvandan oğurladığı pulun bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti