Pakistanın keçmiş baş naziri və müxalif “Ədalət Hərəkatı” partiyasının (JMM) qurucusu İmran Xan həmvətənlərini İslam Respublikasının hazırkı hökumətinə itaətsizlik aksiyaları və fevralın 8-də kütləvi nümayişlər keçirməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar Xanın X-dəki rəsmi hesabında dərc edilmiş paylaşımda deyilir.
"Fevralın 8-də "Qara günü" qeyd etməyə hazırlaşın. Xayber Paxtunxva və Şimali Pəncabın sakinləri Svabi şəhərində, qalanları isə öz şəhərlərində nümayişlər keçirməli olacaqlar. Xaricdə yaşayan pakistanlılar da bütün dünyada səslərini ucaltmalıdırlar.
- Mən bir daha xaricdə yaşayan pakistanlıları xarici valyutada pul köçürmələrini boykot etməyə davam etməyə çağırıram."