Suraxanı rayon İH başçısı Adil Əliyev Vətən müharibəsi qazisini ziyarət edib
Ucnoqta.az xəbər verir ki, yanvarın 24-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Vətən müharibəsi qazisi Qurbanov Əbülfət Tanverdi oğlunu ziyarət edib, onun qayğıları ilə maraqlanıb və ailəsinə ərzaq yardımı göstərilib.
Qeyd edək ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.
Suraxanı rayonunda da belə həssas kateqoriyadan olan sakinlərimizlə mütəmadi görüşlər təşkil olunaraq onların problemləri dinlənilir və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilir.