Kolumbiya ABŞ-a prezident təyyarəsi göndərəcək - Deportasiya edilənlər üçün

00:09 - 27 Yanvar 2025 - DÜNYA

Kolumbiya ABŞ-dan deportasiya olunmuş həmvətənlərini geri qaytarmaq üçün prezident təyyarəsi hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə prezident administrasiyasının açıqlamasında deyilir.

“Kolumbiya hökuməti Prezident Qustavo Petronun rəhbərliyi altında bu səhər tezdən deportasiya uçuşları ilə ölkəyə gəlməli olan həmvətənlərinin layiqli şəkildə geri qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi hazırlayıb”, - deyə sosial mediada dərc olunan sənəddə deyilir.

Xəbər xətti