Yaponiyanın avtomobil istehsalçısı Nissan pisləşən maliyyə göstəricilərinin qarşısını almaq üçün dünya üzrə zavodlarında istehsal xətlərini kəsməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg şirkətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirir ki, xərclərin azaldılması proqramı korporasiyanın Yaponiyanın özündə və digər ölkələrdəki zavodlarında bəzi istehsal xətlərinin bağlanmasına gətirib çıxarmalıdır və işçilərin iş növbələrində də azalma gözlənilir.
Eyni zamanda, şirkət rəhbərliyi heç bir zavodu tamamilə bağlamaq niyyətində deyil, mövcud istehsalın optimallaşdırılması planının həyata keçirilməsi "Nissan"ın bu cür ekstremal tədbirlərə əl atmamasına kömək etməlidir.