Ötən il 59 nəfər zəhərlənmədən ölüb

14:15 - 27 Yanvar 2025 - ÖLKƏ İÇİ

2024-cü il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1835 nəfər qəbul qəbul edilib.

Ucnoqta.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib, stasionar müalicələri aparılıb. Səhhətləri tam yaxşılaşdıqdan sonra evə buraxılıblar.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 59-nun həyatını xilas etmək mümkün olmayıb",- deyə o əlavə edib.///trend

Xəbər xətti