Mütəxəssislərin fikrincə, gün ərzində enerjini bərpa etmək üçün ən uyğun yuxu müddəti əksər böyüklər üçün 20–30 dəqiqədir.
Ucnoqta.az xəbər verir ki, daha qısa, 10–20 dəqiqəlik mürgüləmə də yuxululuğu azaltmağa və diqqəti artırmağa kömək edə bilər. Lakin günorta yuxusu uzandıqca insanın dərin yuxu mərhələsinə keçmə ehtimalı artır. Bu isə oyandıqdan sonra halsızlıq və süstlük yarada bilər.
Mütəxəssislər günorta yuxusu üçün günün erkən ikinci yarısını, xüsusilə nahardan sonrakı saatları daha uyğun hesab edirlər. Axşam saatlarında yatmaq gecə yuxusuna mənfi təsir göstərə bilər.
Qeyd olunur ki, günorta yuxusu gecə yuxusunu əvəz etmir. Əgər insan kifayət qədər gecə yatmasına baxmayaraq hər gün güclü yuxululuq hiss edirsə, bunun səbəbini həkimlə müzakirə etmək tövsiyə olunur.
