Ukrayna Baş Qərargahı: Rusiya ordusunun itkiləri 1,5 milyonu keçib
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə nəticəsində itkiləri 1,5 milyon nəfəri ötüb.
Məlumata əsasən, son sutka ərzində Rusiya ordusunun 1 520 hərbçisi itki verib.
2026-cı il sentyabrın 10-na olan məlumata görə, Rusiyanın ümumi itkiləri təxminən:
Şəxsi heyət: 1 502 390 (+1 520)
Tanklar: 12 339 (+1)
Zirehli döyüş maşınları: 25 305 (+15)
Artilleriya sistemləri: 49 452 (+69)
Reaktiv yaylım atəş sistemləri: 2 107 (+2)
Hava hücumundan müdafiə sistemləri: 1 618 (+5)
Təyyarələr: 441
Helikopterlər: 356 (+1)
Yerüstü robot kompleksləri: 2 550 (+16)
Operativ-taktiki PUA-lar: 508 205 (+2 017)
Qanadlı raketlər: 5 103
Gəmi və katerlər: 35
Sualtı qayıqlar: 2
Avtomobil və yanacaq çənləri: 146 621 (+613)
Xüsusi texnika: 4 650
