30
ABŞ maliyyə naziri Skott Bessent Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri öncəsi keçirilən ilk milli qurultayında prezident Donald Tramp haqqında diqqətçəkən açıqlama verib.
Ucnoqta.az xəbər verir ki, Bessent Trampın iş tempini vurğulayaraq bildirib ki, ABŞ “oyaq qala bilməyən prezidentdən yuxudan imtina edən prezidentə keçib”.
“Biz oyaq qala bilməyən prezidentdən yuxudan imtina edən prezidentə keçdik”, – deyə Bessentin sözlərini “Newsweek” yayıb.
Bessent bununla Trampın prezident kimi yüksək iş tempinə və gecə-gündüz fəaliyyət göstərməsinə diqqət çəkib.
