30
Moskva vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin general-mayoru Sergey Malkov xidməti yanacağın mənimsənilməsi işi üzrə saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, istintaqın məlumatına görə, “Yevrotrans” şirkətinin direktorlar şurasının sədri İqor Martınov, şirkətin top-menecerləri və Moskva vilayəti DİN əməkdaşları dövlət yanacağının mənimsənilməsi ilə məşğul olan mütəşəkkil qrupun üzvləri ola bilərlər.
Şirkətin üç top-meneceri artıq həbs edilib. General-mayor Sergey Malkov, polkovnik Aleksey Suyarov və podpolkovnik Anna Levina isə vəzifələrindən azad edilərək saxlanılıblar. İstintaq onların həbs edilməsini istəyir.
Faktla bağlı xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə maddəsi ilə cinayət işi açılıb. Zərərin məbləği hələ açıqlanmayıb.
