27
Səudiyyə Ərəbistanının Cizan əyalətində dövlət şirkəti Saudi Aramco-ya məxsus neft emalı obyektinə zərbə endirilib.
Ucnoqta.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Mənbələr hücumun bazar ertəsi baş verdiyini və hazırda dəymiş ziyanın qiymətləndirildiyini bildiriblər. Bu, obyektə son bir ayda edilən ikinci hücumdur.
Şirkət rəhbərliyi əvvəlki hücumun Saudi Aramco-nun fəaliyyətinə ciddi təsir göstərmədiyini açıqlamışdı.
