35
Tanzaniya Prezidenti Samia Suluhu Hasanın həyat yoldaşı Hafid Amir Hasan Zənzibardakı xəstəxanada vəfat edib.
Ucnoqta.az bildirir ki, bu barədə Tanzaniyanın vitse-prezidenti Deogratius Ndejembi məlumat verib.
Onun sözlərinə görə, Hafid Amir Hasan yerli vaxtla saat 08:00 radələrində ürək xəstəliyi ilə əlaqədar müalicə aldığı Emilio Mzena xəstəxanasında dünyasını dəyişib.
Hazırda mərhumun dəfn mərasiminə hazırlıq Zənzibar adasındakı Kizimkazi kəndində aparılır. Dəfnin tarixi hələ açıqlanmayıb.
