34
ABŞ ordusunun İran ərazisinə endirdiyi zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) Hörmüz boğazında minaların qoyulmasının qarşısını almaq məqsədi daşıyırdı.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
“ABŞ ordusu Hörmüz boğazına birbaşa təhlükə yaradan minaların qoyulmasının qarşısını almaq üçün məhdud, məqsədyönlü tədbirlər gördü”, – agentlik X səhifəsində bildirib.
