23
Somali sahillərində pirat hücumlarının sayı son 13 ilin rekord səviyyəsinə çatıb.
Unoqta.az xəbər verir ki, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatlarını təhlil edən AFP agentliyi bu il ən azı 15 pirat hücumu qeydə alıb. Hücumların 8-i may ayından etibarən baş verib.
Sonuncu dəfə belə yüksək göstərici 2013-cü ildə qeydə alınıb. 2025-ci ildə isə Somali sahillərində cəmi 5 pirat hücumu baş vermişdi.
