22
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Yaroslavl vilayətində neft emalı zavodunu vurub
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Ukrayna prezidnti Volodimir Zelenski bildirib.
“Bu sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Yaroslavl vilayətində neft emalı zavodunu vurublar. Məsafə cəbhə xəttindən 1000 kilometrdir.
Qara dənizdə də Rusiyanın müharibəsinə ədalətli cavablarımız oldu.
Rusiyanın Engels şəhərində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” bölməsinin hərbçiləri Tu-95MS raketdaşıyan təyyarəsini vurublar. Məhz bu təyyarələr Ukraynaya zərbələr endirir.
Dəqiqliyinə görə bütün hərbçilərimizə təşəkkür edirəm! Bütün bunlar onların zərbələrinə cavabdır. Ruslar öz müharibələrinin nə demək olduğunu hiss etməlidirlər”, – deyə Zelenski bildirib.
