Sentyabr bəzi bürclər üçün yeni qazanc imkanları, sərfəli təkliflər və maliyyə baxımından uğurlu fürsətlərlə yadda qala bilər.
Ucnoqta.az xəbər verir ki, astroloq Yelena Maksimovanın sözlərinə görə, xüsusilə Buğa, Şir və Oxatan bürclərinin sentyabr ayında maliyyə baxımından daha uğurlu olacağı gözlənilir.
Buğa: Sentyabr Buğalar üçün maliyyə baxımından ilin ən perspektivli aylarından biri ola bilər. Uzun müddətdir üzərində çalışdıqları işdən gəlir əldə edə, əlavə qazanc, daşınmaz əmlak və ya şəxsi layihə ilə bağlı sərfəli təklif ala bilərlər.
Şir: Şirlər üçün yeni gəlir mənbəyi, vəzifə artımı və ya maliyyə imkanları yaradan yeni tanışlıq gündəmə gələ bilər. Astroloq onların bacarıqlarını daha fəal nümayiş etdirməsinin faydalı olacağını bildirir.
Oxatan: Oxatanları sentyabrda maliyyə baxımından ciddi irəliləyiş gözləyə bilər. Onlayn iş, yeni tərəfdaşlıqlar, ticarət, səyahət və xaricilərlə bağlı layihələr gəlir imkanlarını artıra bilər. Gözlənilməz bonus və ya geri qaytarılan vəsait də istisna edilmir.
Astroloq digər bürclərin də sentyabr ayında uğur qazana biləcəyini, əsas məsələ fürsətləri düzgün qiymətləndirmək və riskli qərarlardan çəkinmək olduğunu qeyd edib.
