UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma “Sabah”ın qələbəsi ilə yekunlaşıb (5:2).
Hesabı 10-cu dəqiqədə qonaqlar açıb. İqor Zlatanoviç “Hapoel”I önə keçirib. 38-ci dəqiqədə Kristian Nvaçukvunun qolu ilə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib – 1:1.
Qonaqlar 61-ci dəqiqədə Qay Mizrahinin qolu ilə önə keçsələr də Umarali Raxmonaliyev 74-cü dəqiqədə fərqlənib. Tellur Mütəllimov 90+4-cü dəqiqədə hesabı artırıb. Azərbaycan təmsilçisi 101-ci dəqiqədə hesab arasında fərqi daha da artırıb – 4:2. Bu dəfə Patrik Orfe Mbina fərqlənib. Oyunun 115-ci dəqiqəsində Coy-Lens Mikels hesabı 5:2 edib.
Matçı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edirdi.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off, cavab oyunu
25 avqust
20:45. “Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) – 5:2
Qollar: Zlatinoviç, 11 (0:1), Kristian Nvaçukvu, 38 (1:1), Mizrahi, 61 (1:2), Umarali Raxmonəliyev, 74 (2:2), Tellur Mütəllimov, 90+4 (3:2), Mbina, 101 (4:2), Coy Lens Mikels, 115 (5:2)
Qırmızı vərəqə: Diop, 100 (“Hapoel”)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:2
