23
Brent markalı neftin Londonun ICE birjasında qiyməti 88 dollar/bareldən aşağı enib. Bu, avqustun 10-dan bəri ilk belə haldır.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Brent-in oktyabr fyuçersləri gün ərzində təxminən 87,6–88,6 dollar/barel aralığında olub.
Həmçinin, WTI (West Texas Intermediate) neftinin 25 avqust 2026-da qiyməti təxminən 82,36 dollar/barel səviyyəsində olub. Reuters də WTI-nin gün ərzində 81,67 dollara qədər düşdüyünü bildirir.
