29
Salyanda yol-nəqliyyat hadisəsi olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1962-ci il təvəllüdlü Hüseynov Naib Məhəmməd oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
