22
İran ABŞ hərbçilərinin yerləşdirildiyi üçüncü ölkələri Yaxın Şərqdəki münaqişənin iştirakçıları hesab edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, ABŞ hərbi qüvvələrinin yerləşdiyi ölkələrdəki hərbi obyektlər qanuni hədəfə çevrilir.
Bəqai qeyd edib ki, İranın suverenliyinin müdafiəsi zamanı heç bir güzəştə gedilməyəcək. O, ABŞ qoşunlarına öz ərazisində infrastruktur təqdim edən ölkələrin zəruri tədbirlər görəcəyinə ümid etdiyini də bildirib.
