29
Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında Mixail Fedorovun müdafiə naziri vəzifəsindən istefasına etiraz aksiyası keçirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın “Apostrof” nəşri məlumat yayıb və aksiyadan görüntülər yayımlayıb.
Aksiyada bir neçə onlarla gənc iştirak edir.
Ali Rada çərşənbə axşamı tətil fasiləsindən sonra ilk iclasına toplaşacaq. Fedorov daha əvvəl avqustun 18-ni yeni müdafiə nazirinin təyin edilməsi üçün son tarix kimi göstərmişdi.
Lakin parlamentin iclas gündəliyinə kadr məsələləri daxil edilməyib.
