31
Husilər Səudiyyə Ərəbistanının Cizan şəhərində “Saudi Aramco” şirkətinə məxsus neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan SABA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum PUA-lardan istifadə edilməklə həyata keçirilib. Hadisənin nəticələri, mümkün itkilər və zavoda dəyən zərərin miqyası barədə məlumat verilməyib.
Səudiyyə Ərəbistanı tərəfi də hücumla bağlı hələlik açıqlama verməyib.
