Yaponiya yaxın onillik ərzində müxtəlif raket sistemlərini, o cümlədən hipersəs raketlərini Avstraliyadakı hərbi poliqonlarda sınaqdan keçirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Canberra Times” qəzeti məlumat yayıb.
Avstraliyanın müdafiə naziri Riçard Marls bildirib ki, Yaponiyanın öz raket sistemlərini, o cümlədən hipersəs raketləri proqramı çərçivəsində hazırlanan silahları Avstraliya poliqonlarında sınaqdan keçirməsinə imkan verilməsi ilə bağlı danışıqlar intensiv şəkildə davam edir.
Onun sözlərinə görə, tərəflər Tokionun növbəti onillik ərzində Avstraliyanın raket sınaq poliqonlarından istifadəsini nəzərdə tutan daha geniş və təkmilləşdirilmiş razılaşmanın hazırlanması istiqamətində işləri davam etdirmək barədə razılığa gəliblər.
Yaponiyanın müdafiə naziri Şiniciro Koizumi isə bu imkanı “sıçrayış xarakterli hadisə” adlandırıb.
