198
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Ucnoqta.az xəbər verir ki, Bakıda “Sabah” Danimarka çempionu “Orhus”u qəbul edib. Oyun “Sabah”ın 4 :0 qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Villi Delajo idarə etdiyi qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilirdi. İki oyunun nəticəsinə görə Azərbaycan təmsilçisi pley-offa yüksəlib.
“Sabah” pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
