38
İspaniyanın Əndəlüs muxtar bölgəsində baş verən böyük meşə yanğınının söndürülməsinə 600-dən çox nəfər cəlb edilib.
Ucnoqta.az xəbər verir ki, bölgə hakimiyyətinin məlumatına görə, yanğın avqustun 6-da Niebla yaşayış məntəqəsi yaxınlığında başlayıb. Yanğının söndürülməsində, o cümlədən aviasiya olmaqla, 200-ə yaxın texnika iştirak edir.
Təhlükəsizlik məqsədilə 680-dən çox sakin təxliyə edilib, bir sıra yollarda hərəkət məhdudlaşdırılıb.
“ABC” qəzetinin məlumatına görə, alov artıq təxminən 20 min hektar ərazini əhatə edib.
