28
FIFA prezidenti Canni İnfantino Meksika Futbol Federasiyasının dəstəyini qazanmaq üçün ölkənin CONCACAF-dan ayrılaraq CONMEBOL-a keçməsinə dəstək verəcəyinə söz verib.
Ucnoqta.az xəbər verir ki, “AS” qəzetinin məlumatına görə, Meksika futbol qurumu regional təşkilatla münasibətlərin gərginləşməsi səbəbindən CONCACAF-dan ayrılmaq istəyir.
Meksikanın CONMEBOL-a keçidinin mümkün üstünlüklərindən biri 2030-cu ildən etibarən dünya çempionatının 64 komandalı formata genişləndirilməsi ehtimalıdır. Bu halda Cənubi Amerika konfederasiyasına əlavə vəsiqələr ayrıla bilər.
Meksikanın İnfantinoya dəstəyinin digər səbəbinin isə 2029-cu il Klublararası Dünya Çempionatına ev sahibliyi etmək istəyi olduğu bildirilir.
