50
Yeni təmayül tədris modelində fəaliyyət göstərəcək müəllimlərin əsas iş yerlərində dərs yükü müəyyən edilmədən əmək münasibətləri saxlanılacaq.
Ucnoqta.az xəbər verir ki, müəllimlərin yeni təmayül tədris modelinin tətbiq ediləcəyi müəssisələrə müddətli əmək müqaviləsi əsasında cəlb olunması nəzərdə tutulur. Beləliklə, müəllimlər əsas iş yeri üzrə əmək münasibətlərinə xitam verilmədən, yeni təmayül tədris modelinin tətbiq olunduğu müəssisədə 9:00-16:00 (dəyişə bilər) iş rejimi üzrə pedaqoji fəaliyyət göstərəcəklər.
Tədris ili ərzində aparılacaq qiymətləndirmənin nəticələrinə əsasən, müəllimin yeni təmayül tədris modelinin tətbiq olunduğu müəssisədə fəaliyyətini davam etdirib-etdirməməsi müəyyən ediləcək. Müsbət qiymətləndirmə nəticələri və digər zəruri şərtlər nəzərə alınmaqla, müəllimlə bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Müəllimin təmayül tədris modelinin tətbiq edildiyi tam orta təhsil müəssisəsindəki fəaliyyəti bu və ya digər səbəbdən dayandığı təqdirdə, həmin müəllim əvvəlki əsas iş yerində pedaqoji fəaliyyətini davam etdirə biləcək.
