32
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində beş fiziki şəxsi sanksiya siyahısına daxil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib.
“Rusiyanın Ukraynaya son hava zərbələrinə cavab olaraq Aİ bu gün Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli beş fiziki şəxsə qarşı yeni sanksiyalar qəbul edib”, – deyə Kallas sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şəxsləri hədəf alır.
