33
Türkiyədə terror təşkilatı İŞİD-lə əlaqədə şübhəli bilinən 104 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, jandarma qüvvələrinin 30 vilayətdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan şəxslərin İŞİD-lə əlaqəli şəxslər və qondarma xeyriyyə təşkilatları vasitəsilə terror qruplaşmasına maliyyə dəstəyi göstərdikləri, həmçinin sosial şəbəkələrdə onun təbliğatını apardıqları müəyyən edilib.
Əməliyyatlar İstanbul, Antalya, Bursa və Konya da daxil olmaqla 30 vilayətdə həyata keçirilib.
