İspaniyanın Seuta şəhərində Mülki Qvardiya qeydiyyata alınmamış təxminən 6 min qeyri-qanuni miqrantın yerini müəyyənləşdirməyə çalışır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın RTVE teleradio şirkəti şəhər hökumətinin rəhbəri Xuan Xesus Vivasın açıqlamasına istinadən məlumat yayıb.
Vivas bildirib ki, Seutada təxminən 6 min qanunsuz miqrant olduğu ehtimal edilir. Halbuki İspaniya hakimiyyəti onların sayını 2–3 min nəfər olaraq qiymətləndirir. Onun sözlərinə görə, Mülki Qvardiya Mərakeş vətəndaşlarını sərhəddən geri qaytarmaq üçün fəal əməliyyatlar aparır.
Şəhər rəhbəri həmçinin qeyd edib ki, qısa müddətdə 70–80 min nəfərin sərhədə toplaşmasının Mərakeş tərəfinin diqqətindən kənarda qalmasının mümkün olmadığı qənaətindədir.
İspaniya hakimiyyətinin məlumatına görə, iyulun sonunda təxminən 72 min qeyri-qanuni miqrant üzərək və ya Seutanı Mərakeşdən ayıran dalğaqıranın ətrafından keçərək şəhərə daxil olub.
