Yaponiya hökuməti iyulun 28-də Kumamoto prefekturasında baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ehtiyat fondundan 24,2 milyard yen (təxminən 153 milyon ABŞ dolları) ayıracaq.
Ucnoqta.az bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabineti Kumamoto zəlzələsinə operativ reaksiya məqsədilə ümumilikdə 24,2 milyard yen ayrılması barədə qərar qəbul edib.
Ayrılan vəsaitin böyük hissəsi zərərçəkmiş ərazilərdə bərpa və qəza-xilasetmə işlərinə, o cümlədən avtomobil yolları və körpülərin təmirinə yönəldiləcək. Bundan əlavə, zəlzələdən zərər çəkənlər üçün müvəqqəti yaşayış yerlərinin təşkili, təxliyə mərkəzlərində ərzaq, çarpayı və digər zəruri ləvazimatların təmin edilməsi də maliyyələşdiriləcək.
