Astrologiyaya görə, doğum ayı insanın xarakterinə və emosional enerjisini necə bərpa etməsinə təsir göstərə bilər.
Ucnoqta.az xəbər verir ki, arade jurnalının yazdığına görə, mart, may, avqust və oktyabr aylarında doğulan insanlar vaxtaşırı tək qalmağa digərlərindən daha çox ehtiyac duyurlar.
Mütəxəssislərin fikrincə, bu, onların insanlardan qaçması demək deyil. Əksinə, onlar güclü münasibətlər qururlar, lakin emosional və zehni enerjilərini bərpa etmək üçün zaman-zaman tənhalığa ehtiyac hiss edirlər.
Mart – Bu ayda doğulanlar həssas və empatik olurlar. Başqalarının hisslərini dərindən qəbul etdikləri üçün tez yorula bilirlər. Tək qalmaq onlara daxili tarazlığı bərpa etməyə kömək edir.
May – Mayda doğulanlar maraqlı, fəal düşüncəli və yeni məlumatlara açıq olurlar. Daim informasiya axını içində olduqları üçün təklik onlara fikirlərini toplamaq və diqqətlərini yenidən cəmləmək imkanı verir.
Avqust – Avqust ayında doğulanlar məsuliyyətli və diqqət mərkəzində olmağa meyilli olurlar. Tək qaldıqda üzərlərindəki təzyiq azalır və özlərini daha rahat hiss edirlər.
Oktyabr – Bu ayda doğulanlar qərar verərkən başqalarının maraqlarını nəzərə almağa çalışırlar. Bu isə zamanla emosional yorğunluq yarada bilər. Təklik onlara öz istəklərinə qulaq asmağa və daxili rahatlıqlarını bərpa etməyə kömək edir.
Qeyd edək ki, bu fikirlər astrologiyaya əsaslanır və elmi cəhətdən təsdiqlənmiş faktlar hesab edilmir.
