26
Mərakeş Daxili İşlər Nazirliyi İspaniyanın Seuta muxtar şəhərində qeyri-qanuni miqrant axını zamanı azı 11 nəfərin həyatını itirdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, nazirliyin məlumatına görə, bir nəfər Seuta yaxınlığındakı qayalıq ərazidən yıxılaraq ölüb, daha 10 nəfər isə dənizdə boğulub.
Qurum bildirib ki, Mərakeş və İspaniya aidiyyəti qurumları digər mümkün ölüm halları ilə bağlı məlumatları birgə araşdırır. Hazırda həlak olanların və zərərçəkənlərin sayı, şəxsiyyəti və vətəndaşlığı dəqiqləşdirilir.
Nazirlik qeyd edib ki, araşdırmalar hüquqi, inzibati və humanitar prosedurların başa çatdırılması məqsədilə davam etdirilir.
