27
Mərakeş Daxili İşlər Nazirliyi Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar şəhəri Seutada baş verən hadisələrin təsadüfi olmadığını açıqlayıb.
Ucnoqta.az bildirir ki, nazirliyin bəyanatında bildirilir ki, hadisələr bir neçə amilin təsiri nəticəsində baş verib. Bunlara rəqəmsal platformalardan qərəzli istifadə, dezinformasiyanın yayılması, insan alveri şəbəkələrinin fəaliyyəti və bəzi hüquqi və inzibati qaydaların yanlış şərh edilməsi daxildir.
Qurumun məlumatına görə, yanlış məlumatlar bəzi şəxslərdə Avropa ərazisinə hüquqi nəticələrlə üzləşmədən asanlıqla keçməyin mümkün olduğu barədə yanlış təsəvvür formalaşdırıb.
