İsrailin Qüds Dairə Məhkəməsi milli təhlükəsizlik naziri Itamar Ben-Gvir tərəfindən terrorçuların saxlanıldığı həbsxanaların mühafizəsində timsahlardan istifadə təşəbbüsünü müvəqqəti dayandırıb.
Ucnoqta.az xəbər verir ki, The Jerusalem Post qəzeti məlumat verib.
Məlumata görə, qərar heyvanların müdafiəsi ilə məşğul olan Let the Animals Live təşkilatının müraciəti əsasında qəbul edilib.
Nazir məhkəmənin qərarını tənqid edərək bildirib ki, məhkəmə təhlükəsizlik tədbirlərinə mane olur və “terrorçuların tərəfini tutur”.
Məlumata əsasən, son aylarda Milli Təhlükəsizlik Nazirliyi həbsxanaların ətrafındakı xəndəklərdə timsahların yerləşdirilməsinə icazə verilməsi üçün aidiyyəti qurumlara müraciətlər edib. Pilot layihənin ölkənin cənubundakı Negev səhrasında yerləşən Kziot həbsxanasında həyata keçirilməsi planlaşdırılırdı.
